
ABŞ İrana qarşı mümkün sərt zərbə variantlarını nəzərdən keçirir və bu məqsədlə bölgəyə təyyarədaşıyan gəmi göndərə bilər.
Missiya.Az xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazı dərc edib.
Yazıda ABŞ Prezidenti Donald Trampın etirazçıların öldürülməsi və repressiyalarla bağlı Tehrana ünvanladığı ultimatumdan sonra hərbi təzyiq ehtimalının artdığı qeyd olunub.
Məlumata görə, bölgəyə göndərilməsi ən real hesab olunan gəmilər “USS Theodore Roosevelt” və “USS Abraham” Lincoln təyyarədaşıyan gəmiləridir.
Bildirilib ki, digər gəmilərin texniki və əməliyyat məhdudiyyətləri səbəbindən noyabr ayında San Dieqodan yola çıxmış “USS Theodore Roosevelt” əsas namizəd kimi göstərilir. Alternativ variant kimi isə əvvəllər rotasiya əsasında Yaxın Şərqdə yerləşdirilən “USS Abraham Lincoln” qeyd olunur.
Daşqın HəsənovMissiya.Az