AZ

Qonçarenko bu millini çalışdıracaq - RƏSMİ

Yayda Rusiyanın "Ural" komandasından ayrılan tanınmış belaruslu mütəxəssis Viktor Qonçarenkonun yeni iş yeri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, o, Belarus milli komandasının baş məşqçisi vəzifəsinə təsdiqlənib. 

Məlumatı Belarus Futbol Federasiyasının rəsmi saytı yayıb.

48 yaşlı çalışdırıcı ilə dörd illik müqavilə imzalanıb.

Qonçarenko dekabr ayında vəzifəsindən azad edilən Karlos Alosanı əvəz edəcək.

O, əvvəllər BATE-ni, daha sonra isə 2013-cü ildən 2025-ci ilə qədər 6 Rusiya təmsilçisini - "Kuban" , "Ural" (iki dəfə), ÇSKA, "Ufa", "Krasnodar" və "Pari NN" klublarını çalışdırıb .

Belarus millisi mart və iyun aylarında yoldaşlıq oyunları keçirəcək, daha sonra isə Millətlər Liqasında mübarizə aparacaq.

Seçilən
38
1
fanat.az

2Mənbələr