AZ

Yekaterinburqda azərbaycanlı ailəni linç etdilər: Hədiyyələri geri qaytardı

Yekaterinburqda azərbaycanlı ailə sosial mediada ciddi təqiblərə məruz qalıb. 

Belə ki, bayramdan əvvəl keçirilən "Arzu Ağacı" oyunun nəticələrinə əsasən Yekaterinburqun rəhbəri tərəfindən ailənin uşaqlarına hədiyyələr verilib və sosial mediada linc kampaniyası başlayılb. Buna dözə bilməyən ailə başçısı rəsmilərdən hədiyyələri geri aparmalarını istəyib.

“Cebheinfo.az” "Кавказский узел"-ə istinadən xəbər verir ki, Yekaterinburqda yaşayan azərbaycanlı ailə Yeni il öncəsi keçirilən "Arzu Ağacı" xeyriyyə tədbirindən sonra sosial mediada hücumlara məruz qalıb. Tədbir zamanı Yekaterinburqun Jeleznodorojnı rayonunun rəhbəri Vitali Perşin ağacdan təsadüfi bir oyuncağı çıxarıb və üzərinə adı yazılmış uşağın arzusunu yerinə yetirəcəyinə söz verib.

Oyuncaq kaskadyor istəyənin yeddi yaşlı azərbaycanlı Əli olduğu ortaya çıxıb. Dekabrın 30-da Vitali Perşin oğlanı və valideynlərini hədiyyələri təqdim etmək üçün administrasiya binasına dəvət edib. Əliyə skuter, bacısına əl işi dəsti və kiçik qardaşına şirniyyatlar verilib. Administrasiyanın açıqlamasında Əlinin atasının tikinti işçisi, anası isə evdar qadın olduğu bildirilib. 

Rayon administrasiyasının məlumatından sonra həm Perşin, həm də Azərbaycan ailəsi əsas millətçi kanallarda nifrət dolu çıxışlara məruz qalıb. Onlar   "Rusiya şəhərində ruslar yoxdur" deyə yazıblar. Ardınca nifrət dolu şərhlər yazılan paylaşım administrasiyanın sosial media səhifələrindən və veb saytından silinin.

Uralda nəşr olunan "Veçerniye Vedomosti" yazıb: 

"Təkcə məmurlara deyil, hətta kiçik uşaqlara da şamil olan nifrət yağışı atanı Perşindən hədiyyələri geri almasını istəməyə məcbur edib. O, beləliklə internetdə iyrənc şərhlərin qarşısını almağa çalışıb".

"Yekaterinburq. Qlavnoye" kanalı qeyd edir ki, Əlinin valideynləri 20 ildən çoxdur ki, Rusiya vətəndaşıdırlar. Kanal Azərbaycan ailəsinin təqibini "iyrənc hekayə" adlandırıb: 

""Arzu Ağacı"na namizədləri milliyyətinə görə sıralamaq üçün hər hansı bir təklif varmı? Bəlkə dinə görə sıralayaq? Bunu da gözləyəkmi?",- deyə paylaşımda bildirilir.

Xatırladaq ki, 2025-ci ilin yayında Yekaterinburqda azərbaycanlılara qarşı etnik basqınlar Azərbaycan və Rusiya arasında münasibətlərdə yeni bir böhrana səbəb olub və bu böhran 2024-cü ilin dekabr ayında Bakıdan Qroznıya uçan "Azerbaijan Airlines" təyyarəsinin qəzasından sonra daha da pisləşib. 

Yekaterinburqda  iki azərbaycanlı həlak olub, bir neçə nəfərin işgəncələrə məruz qaldığı bildirilib. Daha sonra Uraldakı Azərbaycan icmasının rəhbəri Şahin Şıxlinski və oğlu, dekabr ayında onun varisi Vidadi Mustafayev dələduzluq ittihamları ilə həbs edilib. Eyni zamanda, Rusiya Federasiyasının bir neçə bölgəsindəki Azərbaycan icmalarının liderləri Rusiya vətəndaşlığından məhrum edilib.

Rəsmi Moskva ilə Bakı arasında münasibətlər 25 dekabr 2024-cü ildə Qazaxıstanda 67 nəfərin olduğu Bakıdan Qroznıya gedən Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasından sonra xeyli pisləşib.

Seçilən
88
cebheinfo.az

1Mənbələr