AZ

Birgə maliyyələşmə proqramı üzrə 4 min 800-ə yaxın şəxs işlə təmin edilib

Bakı, 6 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramlarından biri də “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramıdır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin proqram çərçivəsində 2025-ci ildə 468 işəgötürənlə əməkdaşlıq əsasında daha 1763 şəxs işlə təmin olunub. İşlə təmin edilmiş şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanılıb.

2021-ci ildə icrasına başlanan birgə maliyyələşmə proqramı üzrə məşğulluğu təmin olunmuş şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

Ümumilikdə həmin proqram çərçivəsində 4 min 800-ə yaxın şəxs işlə təmin edilib.

Seçilən
97
6
azertag.az

7Mənbələr