AZ

Qayınatasına "ata" deyən, atasından şiddət görən, küsən MƏŞHURLAR - SİYAHI

Türkiyəli məşhurlar təqdim etdiyi işlər və şəxsi həyatları qədər ailəsi ilə yaşadıqları problemləri ilə də gündəm olublar. Onların bir çox ya ailəsindən ya da ailə üzvlərindən küsərək illərdir onları danışdırmır.

Bu dəfə Far.Az saytı ailəsindən küsən, valideynləri ilə problem yaşayan həmin məşhurların siyahısını təqdim edir:

Aktrisa Serenay Sarıkaya

Uşaq vaxtlarında atası anasını tərk etdiyi üçün Serenay atası ilə danışmır. O illərdir onunla küslüdür.

Aktyor Umut Oğuz

Uşaqikən ailəsində şiddət və zorakılıq gördüyü üçün ailə üzvlərindəın heçkimlə danışmır. O illərdir ailəsi ilə küslüdür.

Aktrisa Pelin Karahan

Aktrisa illər əvvəl atası Ali Karahan anasından boşandığı üçün ondan küsüb. Pelin illərdir atası ilə danışmır. O həyat yoldaşı Bedri Güntayın atasına, yəni qayınatasına "ata" deyə müraciət edir.

Müğənni Ebru Gündeş

Ebru Gündeşin atası Remzi Gündeş onu kiçik yaşlarında tərk edib. Bu səbəbdən Ebru və anası illərdir atası ilə danışmır. Ebru Gündeş müsahibələrindən birində "Atam mən uşaq olanda ölüb" deyə açıqlama verib.

Model və aktrisa Aysun Kayacı

Atası Selahattin Kayacı illər əvvəl onu döydüyü üçün aktrisa onunla küslüdür. Aysun Kayacı atasının onu möhkəm döyərək burnunu qırdığını bildirib.

Aparıcı və aktrisa Burcu Esmersoy

İllərdir atası ilə küslüdür və danışmır.

Aktrisa Hande Ataizi

Aktrisanın atası memardır. O atası ilə illərdir küslüdür və danışmır.

Model və aktrisa Güzide Duran

Güzide illərdir atası ilə danışmır. Atası açıqlamalarından birində "Mən TIR sürücüsüyəm deyə qızım məni saymır" deyə bildirib.

Seçilən
73
1
far.az

2Mənbələr