Aktual.az xəbər verir ki, sözügedən kadrlarda ABŞ üçün əsas təhlükənin kim olduğu barədə danışılır. Serialda qeyd olunur ki, beynəlxalq mediada Rusiya, Çin və İran ön plana çıxarılsa da, ABŞ siyasətçilərinin əsas hədəfi hər zaman Venesuela olub.
2019-cu ildə çəkilən serialda Venesuelaya mümkün müdaxilənin əsl səbəbləri də açıqlanır. Bildirilir ki, Vaşinqton bu ölkəyə dünyanın ən zəngin neft və mineral ehtiyatlarından birinə malik olduğu üçün maraq göstərir. Baş qəhrəman vurğulayır ki, ABŞ-ın "böyük siyasətçiləri” Venesuela kimi strateji və zəngin bir ölkədə onlara mənfi münasibət bəsləyən hakimiyyətin mövcudluğuna heç vaxt imkan verməz.