AZ

Çin XİN: "Maduronun məhkəmə prosesi beynəlxalq münasibətləri pozur"

Bu sözləri Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Nin jurnalistlərəaçıqlamasındadilə gətirib. O vurğulayıb ki, hər bir ölkə beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının nizamnamələrinə hörmət göstərməlidir:

"Heç bir ölkə özünü beynəlxalq polis, beynəlxalq hakim kimi apara bilməz. Çin bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşır, onların təhlükəsizlik narahatlıqlarına ciddi yanaşır və fikir ayrılıqlarının, münaqişələrin sülh dialoqu yolu ilə həllinin vacibliyini vurğulayır".

Xanım diplomatın sözlərinə görə, rəsmi Pekin cəngəllik qanunlarına qarşı çıxmaq, ölkələrin daxili işlərinə müdaxiləyə qarşı mübarizə aparmaq, dünyada sülh və sabitliyi birgə qorumaq məqsədilə hər bir tərəflə işləməyə hazırdır.
Tramp:"Yalnız narkomanlarla müharibə aparırıq"

Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuelada xüsusi əməliyyat keçirib. Bu ölkəyə qarşı aviazərbələr fonunda Prezident Nikolas Maduro və həyat yoldaşı ələ keçirilərək ABŞ-yə aparılıb. Əsasən narkoterrorizmdə təqsirləndirilən Nikolas Maduro dünən məhkəmə qarşısına çıxarılıb. Hazırkı vəziyyətdə Donald Tramp diqqətə çatdırıb ki, Venesuela faktiki surətdə ABŞ-nin idarəsi altındadır.

Firudin Həmidli
AzVision.az
Seçilən
16
2
azvision.az

3Mənbələr