2024/2025 mövsümündə "Eyüpspor"un formasını geyinmiş ingilis futbolçu Conco Şelvi sabiq baş məşqçisi Arda Turan haqqında diqqətçəkən fikirlər səsləndirib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki,futbolçu Türkiyə təmsilçisində yaşadığı dövrü xatırlayarkən Arda Turanın davranışlarını tənqid edib.
Şelvi bildirib ki, Arda Turanın məşqlərdən sonrakı davranışları ona qəribə gəlib:
"Məşqdən sonra ayağını masanın üstünə qoyur, viski içirdi. Məşqçim Arda Turan mənə görə dəli idi. Yanına gedəndə deyirdi: 'Conco, səni sevirəm, viski var?' O, viskiyə aludə idi. İngiltərədə heç vaxt belə bir şey görməmişdim. Amma açıq desəm, ora getməyimin səbəbi yaxşı müqavilə idi".

Futbolçu Türkiyədə çıxış etdiyi dövrdə şəxsi problemlər yaşadığını da etiraf edib. Onun sözlərinə görə, həmin vaxt yuxu dərmanlarına asılılıq yaranıb:
"Əsasən müsəlmanların yaşadığı bir şəhərdə idim, seçim az idi. Vaxt keçirmək üçün yuxu dərmanı içirdim və səhər məşqinə qədər huşumu itirirdim. Bir müddət içki də içməyə başladım, amma bunun yanlış olduğunu anlayıb dayandırdım".
Şelvi həmçinin "Eyüpspor"da maliyyə problemləri ilə üzləşdiyini qeyd edib:
"Orada dörd ay maaş almadım. Türkiyədə belə hallar olur".
Qeyd edək ki, Conco Şelvi karyerası ərzində "Liverpul", "Nyukasl", "Nottinqem Forest" kimi klublarda çıxış edib. Türkiyə Superliqasında isə "Eyüpspor"dan öncə "Çaykur Rizespor"un formasını geyinib.
Hüseyn
Milli.Az