AZ

"Haber Global" Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi ilə bağlı videomaterial hazırlayıb

Türkiyənin "Haber Global" telekanalı Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibənin əsasında videomaterial hazırlayıb.

"Report" xəbər verir ki, materialda dövlət başçısının Ermənistanla paraflanan tarixi sülh sazişindən tutmuş Zəngəzur dəhlizinə və Qəzzaya qədər bir çox vacib mövzuya toxunması vurğulanıb.

Süjetdə Prezident İlham Əliyevin Azərbaycan xalqının bundan sonra sülh şəraitində yaşayacağı fikrinə vurğu edilib.

Qeyd olunub ki, müsahibə zamanı dövlət başçısı Azərbaycanın beynəlxalq arenada hər keçən gün artan təsirindən də danışıb.

Prezidentin bu konteksdə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın əhəmiyyətini vurğulamasına diqqət çəkilərək bildirilib ki, İlham Əliyev bu əməkdaşlığın hərbi sahədə də inkişaf etdirilməsinin vacibliyinə işarə edib.

Videomaterialda Prezidentin azad olunmuş ərazilərdəki bərpa-quruculuq işləri barəsində fikirlərinə də yer verilib.

"Haber Global" Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi ilə bağlı videomaterial hazırlayıb
Seçilən
73
3
far.az

4Mənbələr