İngiltərə millisinin futbolçusu Harri Keyn müqaviləsinin müddətinin uzadılması ilə bağlı Almaniyanın "Bavariya" klubu ilə danışıqlara başlayıb.
"Report" insayder Florian Plettenberqə istinadən xəbər verir ki, hər iki tərəf əməkdaşlığın davam etməsinin tərəfdarıdır.
32 yaşlı hücumçunun yeni sözləşməsinin 2029-cu ilin yayınadək nəzərdə tutulacağı gözlənilir. Danışıqlar hazırda inkişaf mərhələsindədir.
Qeyd edək ki, Harri Keyn 2023-cü ildən Bundesliqa təmsilçisinin formasını geyinir. O, bu müddətdə 121 oyunda 115 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatmalıdır.