Bir sıra ölkələrin Baş Qərargah rəisləri Ukrayna üçün təhlükəsizlik zəmanətlərini və onların həyata keçirilməsi mexanizmlərini müzakirə ediblər.
"Far.Az" xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fabyen Mandon "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, görüşdə Böyük Britaniya, Ukrayna və ABŞ-nin Baş Qərargah rəisləri iştirak ediblər:
"Ukrayna üçün təhlükəsizlik zəmanətləri və onların həyata keçirilməsi mexanizmləri videokonfrans formatında müzakirələrimizin əsas mövzusu olub".
F.Mandon qeyd edib ki, ABŞ ilə əməkdaşlıq çərçivəsində artıq bir neçə aydır aparılan hərbi iş qitədə davamlı sülhün bərqərar edilməsinə yönəlmiş siyasi səyləri dəstəkləyir.