AZ

İngiltərəli futbolçu Arda Turanın viski aludəçisi olduğunu açıqlayıb

Bakı, 6 yanvar, AZƏRTAC

Türkiyədə “Eyüpspor”un formasını geyinmiş ingilis futbolçu Conco Şelvi keçmiş baş məşqçisi Arda Turan haqqında səs-küylü açıqlama verib.

AZƏRTAC xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi türkiyəli mütəxəssisi dəli adlandırıb: “Arda viski aludəçisi idi. Mən onun yanında gedəndə deyirdi ki, Conco, səni sevirəm, viski var? İngiltərədə belə hadisə ilə rastlaşmamışdım. “Eyüpspor”a getməyimə səbəb sərfəli təklif almağımla bağlı idi”.

Qeyd edək ki, Conco Şelvi “Eyüpspor”la yanaşı, “Rizəspor”da da çıxış edib.

Seçilən
79
4
azertag.az

6Mənbələr