Premyer Liqa klubu "Sanderlend"də çıxış edən Dennis Serkin hələlik milli komanda seçimini etməyib.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı sol cinah müdafiəçisi 5 yığmanı seçə bilər:
Türkiyə: Onun atası əslən Hataydandır.
Azərbaycan: Babası uzun illər burada yaşayıb. O, istəsə, seçimini yığmamızdan yana edə bilər.
İrlandiya: Dennis 2002-ci ildə Dublində doğulub
İngiltərə: Onun uşaqlıq illəri burada keçib və İngiltərənin aşağı yaş komandalarında çıxış edib.
Latviya:Onun əcdadların kökü bu ölkəyə dayanır. Latviya Futbol Federasiyası onu razı salmağa çalışır.
"Tottenhem" yetirməsi olan Dennis 2021-ci ildən "Sanderlend"də çıxış edir. O, cari mövsüm 3 Premyer Liqa oyununda meydanda olub.