AZ

Böyük Britaniyada əlverişsiz hava şəraiti ilə əlaqədar yüzlərlə məktəbin bağlandığı açıqlanıb

London, 6 yanvar, AZƏRTAC

Qarlı və şaxtalı hava şəraiti səbəbindən Böyük Britaniyanın müxtəlif bölgələrində fəaliyyətini müvəqqəti dayandıran məktəblərin sayı açıqlanıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, belə məktəblərin sayı Uelsdə 384, Şimali İrlandiyada 186-dır. Şotlandiyanın yalnız Aberdinşir bölgəsində 150-dən çox məktəbin bağlandığı bildirilir.

Müvafiq qurumlar bu sayın arta biləcəyini istisna etməyib və vəziyyətlə bağlı ictimaiyyətə mütəmadi məlumat veriləcəyi vurğulanıb.

Qeyd edək ki, Böyük Britaniyada qarlı və şaxtalı hava şəraiti nəqliyyat sektorunda da çətinliklər yaradıb. Ölkənin Milli Dəmir Yolları Xidməti hava şəraitinin İngiltərə, Uels və Şotlandiyada qatarların hərəkətinə təsir göstərdiyini bildirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
22
2
azertag.az

3Mənbələr