AZ

Bakı klubu hazırlığa başladı - Üç rəqibdən 2-nin adı bəllidir

I Liqa təmsilçisi "Səbail" təlim-məşq toplanışına start verib.

Fanat.Az-ın məlumatına görə, paytaxt təmsilçisi qış fasiləsindəki ilk hazırlığını "ASCO Arena"da keçirib.

Adil Şükürovun rəhbərlik etdiyi komandanın qış hazırlıq mərhələsi çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən ikisi müəyyənləşib. 

"Dənizçilər" 3 sınaq matçı keçirəcəklər ki, ilk görüş yanvarın 16-da baş tutacaq. Sözügedən komanda həmin gün 21 yaşadək futbolçulardan ibarət milli ilə gücünü sınayacaq. "Səbail" son oyununu 28 yanvarda II Liqanın lideri "Xankəndi"yə qarşı keçirəcək. Ayın 22-dəki rəqib isə hələ dəqiqləşməyib. Bayıl təmsilçisi həmin gün üçün rəqib axtarışındadır ki, variantlar içərisində "Sabah" var.

Qeyd edək ki, "Səbail" 12 turdan sonra 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Mirağa

Seçilən
31
1
fanat.az

2Mənbələr