Kaliforniyada 19 yaşlı yeniyetmə süni intellektin məsləhətləri əsasında hərəkət edərək dozadan artıq dərman qəbulu nəticəsində dünyasını dəyişib.
İnterpress.az xəbər verir ki, anasının iddiasına görə, Sem Nelson miqren ağrılarından xilas olmaq üçün aylarla ChatGPT-yə müraciət edib.
Bildirilir ki, çatbot əvvəlcə tibbi məsləhət verməkdən imtina edərək həkimə müraciət etməyi tövsiyə edib. Lakin növbəti 18 ay ərzində gənc çatbotdan dərsləri üçün istifadə etsə də, mütəmadi olaraq dərmanlarla bağlı suallara qayıdıb.
Anası qeyd edir ki, zamanla süni intellekt oğluna sadəcə məlumat verməklə kifayətlənməyib, həm də ona maddələrin qəbulu barədə yanlış göstərişlər verərək bir növ “təşviq etməyə” başlayıb.
İddiaya görə, süni intellekt təhlükəli tövsiyələrlə yanaşı, yeniyetməyə daim emosional dəstək verib və doza həddini aşdığına görə onu təşviq edib.
Xuraman Etibarlı
İnterpress.az