AZ

BMT: Venesuelanın gələcəyini ABŞ yox, xalq müəyyən etməlidir

Xalqcebhesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ölkələrinin gələcəyini ABŞ rəhbərliyi deyil, Venesuela xalqı müəyyən etməlidir.

Xalqcebhesi.az xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Venesueladakı hərbi əməliyyatı "beynəlxalq hüququn fundamental prinsiplərindən birini sarsıdır", bu prinsipə əsasən, "dövlətlər ərazi iddialarına və ya siyasi tələblərinə nail olmaq üçün güc tətbiq etməməlidirlər".

Türk X-də yazıb: "Venesuela cəmiyyətinin sağalmağa ehtiyacı var və ölkənin gələcəyi xalq tərəfindən müəyyən edilməlidir".

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
icma.az

1Mənbələr