ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
“Möhtərəm Prezidentin yerli televiziyalara müsahibəsi ötən dövrün nəticələrinə yekun vurmaq və cari ildə qarşıda dayanan prioritetlərin bütün aspektlərinin aydın formada kommunikasiya olunması baxımından mühüm ictimai-siyasi hadisə hesab olunmalıdır”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
B.Məhərrəmovun bildirdiyinə görə, məlumdur ki, möhtərəm Prezident artıq bir neçə ildir ki, yerli televiziya kanallarının nümayəndələri ilə görüşləri ənənə halına salıb və bu müsahibə bir qayda olaraq cari və sonrakı dövr üzrə ölkənin ictimai-siyasi gündəmini müəyyən edən prosesə çevrilir: “Cənab İlham Əliyev bu dəfə də həmin ənənələri qoruyaraq yerli televiziya kanalları ilə ölkənin ictimai-siyasi mühitini, o cümlədən bölgə subyektlərini maraqlandıran, demək olar ki, bütün aspektləri öz çıxışında əhatələdi. Əlbəttə, dövlət başçısının formalaşdırdığı bu ənənə ilk növbədə xalq-iqtidar kommunikasiyasının uğurlu modeli olmaqla dezinformasiya mühitinin aradan qaldırılması və Azərbaycan dövlətinin mövqeyinin rəsmən ifadə olunmasında tarixi önəmə malikdir”.
Röya İsrafilova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.