AZ

Natiq Cəfərli neft və qaz asılılığından çıxış yollarını açıqladı

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

“İnkişaf etmiş ölkələrin inkişafının neftlə, qazla yox, ancaq zəka, ağıl, təhsil və elmlə bağlı olduğunu vurğulayan dövlətimizin başçısı son 20 ildə Azərbaycanda yeni ali təhsil müəssisəsinin yaradıldığını qeyd edərək deyib: “Bu, dövlətin niyyətidir, dövlətin siyasətidir. Təhsilin keyfiyyətinin, müəllimlərin sosial təminatının və peşəkarlığın artırılması, test sistemi və sair. Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik”.

Bu sözləri Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Maraqlıdır, neft və qazdan asılılıqdan çıxmaq üçün hansı sahələrə daha çox yatırım edilməlidir?

Azərbaycanda zəka, ağıl, təhsil və elmlə bağlı hansı sahələrə diqqət yetirilməsi daha vacibdir?

Bu barədə Gununsesi.info-ya iqtisadçı ekspert Natiq Cəfərli açıqlama verib.

O bildirib ki, təhsilin, elmin inkişafı iqtisadiyyat üçün çox vacibdir:

“Artıq Azərbaycanda iqtisadiyyatın prioritet sahələri elan olunub. Məsələn, turizm, İT sahəsi, aqrar sektordur. Bunlarla bağlı müəyyən işlər görülür. Turizmdəki problem hazırda quru sərhədlərin bağlı olmasıdır. Sərhədlər açılandan sonra turizmdə inkişaf da daha çox olacaq. Prezident özü də qeyd etdi ki, 2019-cu ildə Azərbaycanda turist saylarında yüksək rəqəmlər qeydə alınırdı. Turizm öz arxasınca bir neçə sahəni də aparır. Xüsusilə ilə kiçik və orta sahibkarlara elə güzəştlər olmalıdır ki, insanlar özləri də müəyyən ideyalarla çıxış etməyə təşəbbüskar olmalıdırlar. Elə sahələr var ki, bəlkə də, xüsusi dövlət proqramını da ehtiyac yoxdur. Lazım olan tək şey vergilərin azaldılmasıdır”.

O, həmçinin qeyd edib:

“Mən prioritet sahə kimi gələcəkdə neft-kimyanı göstərə bilərəm. Məncə, Azərbaycanın gələcək potensialı məhz bu sahədir. Çünki Azərbaycan azalan neft hasilatı fonunda ixrac etməkdənsə, emal etmək daha yaxşı olar. Bunun üçün böyük investisiyalara və elmi potensiala ehtiyac var. Bizim belə təcrübəmizdə var. Azərbaycan Sovet dövründə bu sahə ilə müəyyən mütəxəssislər məşğul olub. Ona görə də prioritet elan olunmuş sahələrlə yanaşı neft-kimya da inkişaf etmək potensialı olan sahədir”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
icma.az

1Mənbələr