Venesuela hazırda dünyanın ən böyük neft ehtiyatlarına sahib ölkələri siyahısında 1-ci sırada yer alır.
Modern.az-ın məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) hesabatında bildirilib.
Venesuela təxminən 304 milyard barel səviyyəsindəki neft ehtiyatı ilə dünya lideridir.
2-ci yerdə 262 milyard barel neft ehtiyatı ilə Səudiyyə Ərəbistanı, 3-cü yerdə 209 milyard barel ehtiyatı olan İran gəlir.
Kanada, İraq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Kuveyt də yüksək rezervlriylə önə çıxan ölkələr arasında yer alırlar.
Rusya və ABŞ isə istehsal baxımından dünya liderləri arasında mövcud olsalar da, rezerv böyüklüyünə görə daha alt sıralarda qərarlaşıblar.