AZ

Venesuelada neft hasilatını maksimuma çatdırmaq üçün 183 milyard lazımdır

"Rystad Energy" analitiklərinin fikrincə, Venesuela nəzəri olaraq neft hasilatını 1990-cı illərin sonundakı səviyyələrə qaytara bilər, lakin bu, vaxt və böyük investisiyalar tələb edəcək.

"Yeni Sabah" xəbər verir ki, dünyanın ən böyük təsdiqlənmiş neft ehtiyatlarına malik olan ölkə hazırda günlük təxminən 1,1 milyon barel neft hasil edir. Növbəti 15 il ərzində bu hasilat səviyyəsini saxlamaq üçün Venesuela kəşfiyyat və hasilat, eləcə də əlaqəli infrastruktura təxminən 53 milyard dollar sərmayə qoymalıdır.

Ölkənin hasilatı əhəmiyyətli xərclər olmadan yaxın iki-üç il ərzində sutkada 300.000 barel arta bilər, lakin gələcək artım üçün ildə təxminən 8-9 milyard dollar investisiya tələb olunur. Bu ssenaridə neft hasilatı 2032-ci ilə qədər sutkada 2 milyon barelə, 2040-cı ilə qədər isə 3 milyon barelə qədər bərpa oluna bilər.

Rystad ekspertləri hasilatı 2040-cı ilədək sutkada 3 milyon barelə çatdırmaq üçün tələb olunan ümumi kapital qoyuluşunu 183 milyard dollar səviyyəsində qiymətləndirirlər.


Telegram kanalımız
Seçilən
103
yenisabah.az

1Mənbələr