Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti Tovuz rayonunda yerləşən Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinin satın alınması üzrə tenderin qalibini açıqlayıb.
Mia.az xəbər verir ki, tenderin qalibi “Azsur Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və müqavilənin dəyəri 383.500 AZN təşkil edir.
Araşdırmalar zamanı məlum olub ki, “Azsur Group”un nizamnamə kapitalı 10 AZN-dir, şirkətin qanuni təmsilçisi isə Rəşad İmanlı Yasəf oğludur. Tender çərçivəsində mərkəzin əsaslı təmir işləri həyata keçiriləcək, işlər binanın bütün strukturlarını əhatə edəcək və istifadəçilər üçün daha müasir və təhlükəsiz mühit yaradacaq/32gun.az.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.