AZ

İfrat sağçı ideologiya Almaniyada gündəlik həyatında getdikcə daha çox yayılır

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniyada ifrat sağçı ideologiya və ekstremist strukturlar artıq yalnız siyasi kənar mövzu olmaqdan çıxaraq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməkdədir.

Bizimyol.info xəbər verir ki, mütəxəssislər etdikləri xəbərdarlığa görə, bu cərəyanların təsiri bu günə qədər görünməmiş dərəcədə güclənib və ölkənin bütün bölgələrində açıq şəkildə hiss olunur.

Türyinqiya əyalətində sağ ekstremizmə qarşı mübarizə aparan MOBIT təşkilatının layihə rəhbəri Romi Arnold Almaniyada sağçıların gündəlik həyatda artan fəallığına dair narahatedici mənzərəni ortaya qoyub. Onun sözlərinə görə, xüsusilə sosial və iqtisadi baxımdan zəif struktura malik bölgələrdə bu ideologiyalar daha sürətlə yayılır və gənclər arasında ciddi təsir dairəsi qazanır.

Arnold vurğulayıb ki, insanlığa zidd, neonasist məzmunlu düşüncələr artıq gizli deyil. Bu cür çağırışlar və davranışlar küçələrdə, yerli icmalarda, bələdiyyələrdə və hətta parlamentlərdə daha açıq və cəsarətli şəkildə özünü göstərir.

“Biz şahid oluruq ki, ifrat sağçı baxışlar getdikcə normallaşır və cəmiyyətin daha geniş təbəqələrinə sirayət edir”, – deyə o bildirib.

Ekspertin fikrincə, sağçıların törətdiyi hücumların sayında müşahidə olunan artım da bu təhlükəli tendensiyanın bariz göstəricisidir. Eyni zamanda, “Almaniya üçün Alternativ” (AfD) partiyasının seçkilərdə qazandığı səslərin davamlı şəkildə artması artıq yalnız Şərqi Almaniya ilə məhdudlaşmır. Bu proses ümummilli xarakter alaraq, Almaniya cəmiyyətində dərin siyasi və sosial dəyişikliklərin baş verdiyini göstərir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu tendensiya vaxtında və sistemli şəkildə qarşısı alınmadığı təqdirdə, demokratik dəyərlər və sosial birgəyaşayış üçün ciddi risklər yarada bilər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
bizimyol.info

1Mənbələr