AZ

Dələduzlar bank kartlarının bloklanmasından yeni fırıldaq sxemlərində istifadə edirlər

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Daxili İşlər Nazirliyi (DİN) dələduzların bank kartlarını qanunsuz şəkildə bloklayaraq bundan şəxsi maraqları üçün istifadə etdikləri halları qeydə alır.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya DİN-in mətbuat mərkəzi məlumat verib.

Nazirlikdən bildirilib ki, bank kartlarının qanunsuz bloklanması ilə bağlı dələduzluq halları həqiqətən mövcuddur və bu sxemin əsas xüsusiyyəti cinayətkarların bankların öz təhlükəsizlik mexanizmlərindən sui-istifadə etməsidir.

DİN-in açıqlamasına görə, fırıldaqçılar əvvəlcədən vətəndaşın şəxsi məlumatlarını ələ keçirərək onun adından banka zəng edir və ya müraciət göndərirlər. Onlar kartın itirildiyini və ya icazəsiz əməliyyatların aparıldığını iddia edirlər ki, bu da kartın müvəqqəti bloklanmasına səbəb olur.

Bundan sonra dələduzlar kartın real sahibi ilə əlaqə saxlayaraq psixoloji təzyiq və dezinformasiya yolu ilə guya bütün hesabların tam bloklandığını bildirir, kartın “açılması” və ya vəsaitlərin “qorunması” bəhanəsi ilə pul tələb edirlər.

Nazirlik vurğulayıb ki, bu sxemin əsas məqamı zərərçəkəndə kartın bloklanmasının bank tərəfindən həyata keçirildiyi barədə yanlış təsəvvür yaratmaqdır. Halbuki əslində bloklama tələbi müştərinin adından hərəkət edən dələduzlar tərəfindən göndərilir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
bizimyol.info

1Mənbələr