AZ

Beynəlxalq tədbirlər Azərbaycanın daxili inkişafını və nüfuzunu gücləndirir AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"2026-cı il Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin keçirilməsi ilə əlamətdar olacaq. Artıq bu tədbirlərin bir çoxu barədə indidən məlumatlar mövcuddur. Sözügedən tədbirlər Azərbaycan dövlətinin öz təşəbbüsü ilə, öz imkanlarına və gücünə güvənərək təşkil etdiyi mühüm beynəlxalq platformalardır".Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. O, bildirib ki, bu cür tədbirlər ölkənin dünya miqyasında mövqeyinin və nüfuzunun artmasına iki əsas istiqamətdə təsir göstərir:"Birinci istiqamət keçirilən beynəlxalq tədbirin məzmunu və tematikası ilə bağlıdır. Belə tədbirlər bəşəri problemlərin müzakirəsi və həlli baxımından əhəmiyyətli rol oynayır. Xüsusilə humanitar, beynəlxalq əməkdaşlıq və sivilizasiyalararası dialoq mövzularında təşkil olunan platformalar qlobal səviyyədə mühüm töhfələr verir".Ekspert bildirib ki, ikinci istiqamət isə bu tədbirlərə yüksək səviyyədə, heç bir problem və çətinlik olmadan ev sahibliyi edilməsidir:"Bu, Azərbaycanın təşkilatçılıq qabiliyyətinin, iqtisadi potensialının və ümumilikdə dövlət idarəçiliyinin gücünün açıq nümayişidir. Məhz bu səbəbdən belə tədbirlər ölkə üçün hərtərəfli əhəmiyyət daşıyır. Eyni zamanda, beynəlxalq tədbirlərin keçirilməsi ölkənin sosial-iqtisadi inkişafının, intizamlı və ardıcıl daxili siyasətin qanunauyğun nəticəsidir. Əgər ölkənin sosial-iqtisadi və mədəni infrastrukturu lazımi səviyyədə olmasaydı, bu cür tədbirlərin təşkili mümkün olmazdı".Onun sözlərinə görə, bu baxımdan, ölkənin nüfuzunun beynəlxalq tədbirlər vasitəsilə artırılması əslində daxili inkişafın məntiqli və təbii nəticəsi kimi qiymətləndirilməlidir:"Deməli, Azərbaycanın daxili inkişafı ilə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi arasında birbaşa əlaqə mövcuddur və bu amillər bir-birini tamamlayan vacib elementlərdir".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
demokrat.az

1Mənbələr