Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aliyə Osmanovanın vəzifəsindən azad edilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Oğuz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Aliyə Osmanova hazırda vəzifəsini icra edir.
O, ötən ilin mayında həmin vəzifəyə təyin olunub..
A.Osmanova bu təyinatadək Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Telegram kanalımız