AZ

Azərbaycanlı uşaqlara hədiyyə verilməsi aranı qarışdırdı Rusiyada anti Azərbaycan isterikası davam edir + FOTO

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyada xüsusilə millətçi-şovinist dairələrin Azərbaycana və azərbaycanlılara qarşı nifrəti səngimək bilmir.

“AzPolitika” xəbər verir ki, Yekaterinburqun Jeleznodorojnı Rayon Administrasiyasının rəhbəri Vitali Perşin Azərbaycan əsilli uşaqlara Yeni il hədiyyələri verdiyinə görə tənqid olunub. 

Rusiya mediasının yazdığına görə, şəhər meriyasının sosial şəbəkədə azərbaycanlı ailənin uşaqlarına hədiyyə verilməsini əks etdirən paylaşımına çoxlu sayda mənfi rəylər yazılıb. Həmçinin, millətçi nəşrlər azərbaycanlı uşaqlara hədiyyə verən məmuru sərt tənqid, hətta təhqir ediblər. Bu barədə "It’s My City” nəşri məlumat yayıb.

Şəkillər dekabrın sonlarında "Yolka Jelaniy" (Arzu Ağacı) tədbirində çəkilib. Rayon rəhbəri yeddi yaşlı Əliyə skuter, səkkiz yaşlı bacısı Milena və kiçik qardaşı Vaqifə əl işi dəsti və konfet hədiyyəsi təqdim edib.

Rayon administrasiyası tədbir barədə “VKontakte”-də məlumat verdikdən sonra şərhlərdə və millətçi kanallarda tənqid olunub. Nəticədə administrasiya paylaşımı silib. Meriyaya yaxın olan "Yekaterinburq. Qlavnoye" kanalı uşaqların valideynlərinin əslən Azərbaycandan olduğunu və 20 il əvvəl Rusiya vətəndaşlığını aldığını aydınlaşdırıb.

Məlumatda deyilir ki, hadisədən sonra azərbaycanlı uşaqların atası Perşindən hədiyyələri geri götürməsini istəyib.

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
azpolitika.info

1Mənbələr