AZ

FTX “Pautina” əməliyyatını şərh edən rusiyalını saxladı

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Arxangelsk vilayətinin 48 yaşlı sakini Anton Mixovu terrorçuluğa haqq qazandırmaq ittihamı ilə saxlayıb.

“AzPolitika”  , bu barədə “Sever.Realii” məlumat yayıb. Saxlanılma anının videosu dövlətə məxsus TASS agentliyi tərəfindən yayılıb.

FTX-nın iddiasına görə, Anton Mixov “Telegram” çatlarından birində Ukrayna Silahlı Qüvvələrinin “Pautina” adlı əməliyyatını müsbət qiymətləndirib.

Xüsusi xidmət orqanları bildirir ki, Mixov bunun üçün “şəxsi hazırladığı kinayəli mətndən” istifadə edib. Saxlanılma videosunda hüquq-mühafizə əməkdaşlarından biri Mixova qarşı Rusiya aerodromlarında baş vermiş “terror aktlarına haqq qazandırma” maddəsi ilə cinayət işi açıldığını deyir.

“Sever.Realii”nin araşdırmasına görə, Anton Mixov 2021-ci ilə qədər mühəndis-konstruktor kimi çalışıb. Bundan əvvəl isə Rusiyanın “Birləşmiş Gəmiqayırma Korporasiyası”na daxil olan dövlətə məxsus “Sevmaş” zavodunda işləyib. Mixovun özü və ya vəkilləri hələlik ittihamlarla bağlı hər hansı açıqlama verməyib.

Xatırladaq ki, Ukrayna 2025-ci ilin iyun ayının əvvəlində “Pautina” əməliyyatı çərçivəsində Rusiyanın sərhədlərindən xeyli uzaqda yerləşən “Belaya”, “İvanovo”, “Dyaqilevo” və “Olenya” aviabazalarına hücum edib. Məlumata görə, döyüş başlıqlı pilotsuz uçuş aparatları aerodromların yaxınlığında dayanan yük maşınlarından buraxılıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
70
azpolitika.info

1Mənbələr