AZ

Tramp bizim olacaq demişdi, Ağ Ev açıqladı Yeni hədəf o ərazidir

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Heç bir ölkə Danimarka Krallığının tərkibindəki özünüidarəetmə ərazisi olan Qrenlandiyanın gələcəyi ilə bağlı ABŞ-a hərbi cəhətdən meydan oxumayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin Administrasiya rəhbərinin müavini Stiven Miller deyib. 

O, həmçinin bu ərazinin hərbi yolla ələ keçirilməsi ehtimalını da istisna etməyib:

“Prezident Donald Tramp son aylarda açıq şəkildə bildirib: Qrenlandiya ABŞ-ın ümumi təhlükəsizliyinin bir hissəsi olmalıdır. Heç kim Qrenlandiyanın gələcəyi ilə bağlı ABŞ-la hərbi qarşıdurmaya girməyəcək. Hərbi əməliyyat barədə düşünmək və ya danışmaq belə lazım deyil”.

Miller, ABŞ-ın Qrenlandiyaya qarşı hərbi əməliyyat həyata keçirmə ehtimalı ilə bağlı suala belə cavab verib:

“Belə bir əməliyyat nəzərdə tutulmur. Qrenlandiyanın əhalisi 30 min  nəfərdir. Əsl sual budur ki, Danimarka hansı hüquqla Qrenlandiya üzərində nəzarəti təsdiqləyir? Onların ərazi iddiasının əsası nədir? Qrenlandiyanı Danimarkanın müstəmləkəsi kimi qəbul etmələrinin əsası nədir?”

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
globalinfo.az

1Mənbələr