Venesuela müxalifətinin lideri Nikolas Maduronun həbsinə görə minnətdarlıq əlaməti olaraq öz Nobel Sülh Mükafatını Donald Trampa təhvil verməyə hazır olduğunu bəyan edib.
İnterpress.az xəbər verir ki, Mariya Korina Maçado Trampın hərəkətlərini “tarixi” adlandırıb və bunun Venesuelada “demokratik keçidə doğru nəhəng addım” olduğunu bildirib.
Xatırladaq ki, Maçado venesuelalıların demokratik hüquqlarının təşviqinə görə 2025-ci ilin oktyabrında Nobel Sülh Mükafatına layiq görülüb.
Trampın özü də uzun müddətdir ki, xarici siyasət təşəbbüslərinə görə bu mükafata layiq olduğunu bildirir.
Birinci prezidentlik dövründə bir neçə dəfə namizəd göstərilsə də, mükafatı ala bilməyən Tramp bunu açıq şəkildə ədalətsizlik adlandırmışdı.
Son aylarda onun sülhməramlı səyləri fonunda Nobel mövzusu yenidən aktuallaşıb.
Xuraman Etibarlı
İnterpress.az