Keçmiş jurnalist Mətanət Əzizova Praqa aeroportunda yaşanan insidentlə bağlı paylaşım edib.
Ölkə.az xəbər verir ki, bu barədə o, paylaşım edib:
"Bu gün çox emosional gün oldu. Praqa aeroportunda, Praqa-Bakı (AZAL) reysinin gözləmə zalından bir kişi, yoxlamadan keçmədən, qanunsuz trapa daxil olub və təyarə tərəfə getdi. Hay küy düşdü, cinayətkar heç kəsə tabe olmurdu. Onun məqsədi sərnişinlərdən qabaq təyarəyə girmək idi.
Ümumi onu dayandırmaq üçün 30 dəqiqə ərzində aeroportun təhlükəsiz xidməti, çox sayda polis, 10-a yaxın qara maskalılar cəlb olundu, sonra itlər, xüsusi qurğular və s. Əsl Hollivud filmlərindəki kimi. Nəysə, cinayətkar həbs olundu və əminəm ki onu çoxmüddətli həbs gözləyir.
Əsas mövzu isə bu deyil. Əsas, bilirsiz kim birinci cinayətkarın qarşına çıxdı? Kim onu təyarəyə girməyə qoymadı? AZAL-ın bələdçisi. Baxmayaraq ki, ona qarşı ciddi fiziki güc tətbiq edilirdi, inanırsız polis gələnə qədər o cavan oğlan cinayətkara imkan vermədi təyarəyə girsin. AZAL-dan xahiş etmək istəyirəm bugünkü reysdə işləyən hər kəs mükafatlandırılsın. Əsas da o qarabuğdayı qəhrəmanımızı".
Qeyd edək ki, yanvarın 5-də Praqa beynəlxalq hava limanında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakıya uçuş həyata keçirən təyyarəsi ilə bağlı insidentin qarşısını aviaşirkətin ekipajı alıb.
Həmidə İbrahimova