Azərbaycanlı futbolçu Elmir Tağıyevin Kosovodakı legioner həyatı başa çatıb.
Bu barədə İdmanxeber.az-a oyunçunun özü məlumat verib. O, “Drenitsa”ya qayıtmayacağını bildirib. Futbolçu karyerasını yüksək ehtimalla Azərbaycanda davam etdirəcək.
Tağıyev hazırda bir neçə klubla danışıq aparır. Yarımmüdafiəçi mövsümün əvvəlində Kosovo klubu ilə müqavilə bağlamışdı.