AZ

Venesuelanın gələcəyini ABŞ deyil, onun xalqı müəyyən etməlidir- ÖZƏL

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bəyan edib ki, Venesuelanın gələcəyini xarici qüvvələr deyil, məhz bu ölkənin xalqı müəyyən etməlidir.
Onun sözlərinə görə, ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatı beynəlxalq hüququn əsas prinsiplərindən birini pozur. Olaylar.az xəbər verir ki, o, qeyd edib ki, dövlətlər siyasi tələblərini həyata keçirmək və ya ərazi iddialarını təmin etmək məqsədilə gücdən istifadə etməməlidirlər.
"Venesuela cəmiyyəti sağalmaya və birliyə ehtiyac duyur, ölkənin gələcəyi isə yalnız onun xalqı tərəfindən müəyyən edilməlidir", - deyə Ali Komissar sosial şəbəkədə yazıb.
Xatırladaq ki, yanvarın 3-də Venesuela xarici işlər naziri İvan Gil Pinto ABŞ tərəfindən Karakasda yerləşən mülki və hərbi obyektlərin bombalandığını bildirmiş, baş verənləri "hərbi aqressiya" kimi qiymətləndirmişdi. Hücumlardan sonra ölkədə fövqəladə vəziyyət elan edilib.
ABŞ Prezidenti Donald Tramp əməliyyatın həyata keçirildiyini təsdiqləyib. Məlumata görə, əməliyyat çərçivəsində Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı ölkədən çıxarılaraq aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr