Avstraliyanın Brisben şəhərində keçirilən ATP-500 turnirində maraqlı hadisə yaşanıb.
Publika.az xəbər verir ki, ABŞ tennisçisi Reilli Opelkayla yerli Deyn Suini arasında baş tutan matçın sonunda yaşananlar sosial şəbəkələrdə populyar olub.
Opelka meydançanın sahibi Suinini 6:3, 7:5 hesabı ilə rahat məğlub edib, amma əsl şou final oyunundan sonra başlayıb. Adət üzrə əl sıxma və qucaqlaşma zamanı Suini gözlənilməz problemə rast gəlib. O, boyda rəqibinin çiyinlərinə çatmayıb.
Reilli Opelkanın boyu 211 sm-dir, onun avstraliyalı rəqibi isə demək olar ki, 40 sm balacadır. Simvolik qucaqlaşmada bərabər şansı təmin etmək üçün Suini korta stul gətirib və onun üstünə çıxıb. Bu an dərhal videoya çəkilib və sosial şəbəkələrdə yayılıb.