525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Süni İntellekt infrastrukturu məhsuldarlıq effekti ilə bütün sektorları böyüdür. Logistika optimizasiyası, enerji şəbəkəsinin balanslanması, sənayedə keyfiyyət nəzarəti, dövlət xidmətlərinin səmərəliliyi kimi sahələrdə yüksək multiplikativ təsir formalaşdırır. Burada vacib nüans ondan ibarətdir ki, logistika sektoru özü də lokomotiv ola bilər, lakin daha çox platforma rolunu oynayacaq”.
Bu fikirləri millət vəkili Tahir Mirkişili 525.az-a bildirib. Onun dediyinə görə, ən yüksək əlavə dəyər və ixrac edilə bilən xidmətlər isə adətən logistikanın “rəqəmsal qatında” yaranır - marşrut optimallaşdırma, liman/terminal idarəetməsi, elektron sənədləşmə, risk skorlama, gömrük inteqrasiyası və s. Nəticə etibarilə, Azərbaycanın böyümə mühərriki kimi ən güclü və dayanıqlı kombinasiya aşağıdakı kimi görünür:
“Yaşıl enerji - data mərkəzləri və bulud infrastrukturu - Süni İntellekt xidmətləri -logistika və sənayenin məhsuldarlığının sürətlənməsi. Bu model həm kapitalın cəlbini asanlaşdırır, həm qeyri-neft ixracını genişləndirir, həm də ölkənin regional dəyər zəncirlərində payını artıraraq uzunmüddətli iqtisadi dayanıqlığı möhkəmləndirir”.
Sevinc Qarayeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.