AZ

Qısa müddətdə neft qiymətlərində kəskin artım gözlənilmir İqtisadçı

ain.az, 525.az portalına istinadən məlumat yayır.

“Venesuela Prezidenti Nikolas Maduronun tutulması qısa müddətdə neftin qiymətinə təsir etməyəcək. İndi Venesuelanın dərhal neft hasilatını artırması mümkün deyil. Bunun üçün neft sənayesinə ciddi investisiya qoyulmalıdır. Hazırki dönəmdə isə bu mümkün görünmür. Ölkədəki hazırki vəziyyət buna imkan vermir”.

Bunu 525.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. O bildirib ki, Maduronun tutulması orta müddətli dövrdə neft qiymətlərinə aşağı salıcı təsir göstərə bilər. Amma qısa müddətdə neft qiymətlərinə təsir göstərməyəcək:

“Qısa müddətdə – neft qiymətlərində kəskin artım və ya “şok” gözlənilmir. Çünki Venesuelanın real təchizata töhfəsi indiki bazarda çox böyük deyil və artıq qlobal təklif bol vəziyyətdədir. Orta, uzun müddətdə – əgər yeni idarəetmə və xarici sərmayələr nəticəsində Venesuelanın hasilatı əhəmiyyətli şəkildə artırılsa, bu, neft təklifini genişləndirərək qiymətləri aşağı sala bilər və ya bazarda yenidən struktur dəyişikliyinə səbəb ola bilər”.

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
525.az

1Mənbələr