AZ

Bu ölkədə güclü zəlzələ oldu

Yaponiyanın Çuqoku bölgəsində 6,2 maqnitudalı zəlzələ baş verib, ardınca bir sıra güclü afterşoklar qeydə alınıb.

"Bakuinfo" xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyinin məlumatında deyilir.

Agentlik qeyd edib ki, birinci zəlzələnin episentri Şimane prefekturasının şərqində yerləşib, sunami təhlükəsi yoxdur, ölənlər və ya ciddi dağıntılar barədə məlumat daxil olmayıb.

Hadisə yerindən təxminən 32 km məsafədə yerləşən Şimane atom elektrik stansiyasını idarə edən şirkət bildirib ki, ikinci enerji blokunun işi normal rejimdə davam edir, zəlzələdən sonra heç bir pozuntu qeydə alınmayıb.

Hakimiyyət orqanları zəlzələdən sonra Şin-Osaka və Hakata arasında sürət qatarlarının hərəkətinin dayandırıldığını bildiriblər.

Seçilən
76
1
bakuinfo.net

2Mənbələr