ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Gəncə Dövlət Dram Teatrının sənətçiləri qəhrəman şəhidlərimizin kiçik yaşlı övladları üçün əyləncəli bu ad altında Yeni İl tamaşası göstəriblər. Teatrın kollektivinin, eləcə də son vaxtlar bir sıra vətənpərvərlik ruhlu tədbirlərin keçirilməsi yönündə ictimai fəallıq nümayiş etdirən şəhər sakini, şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seydzadənin təşəbbüs və təşkilatçılıqları ilə baş tutan tamaşa-şənliyə yerli İcra Hakimiyyəti də dəstək verib.
525.az xəbər verir ki, tamaşanın məziyyəti Şaxta Babanın ətrafında onun sevimli nəvəsi Qar qız ilə yanaşı, çoxlu sayda nağıl və filmlərdən gəlmiş personajların cəm olmasında, eləcə də qəhrəmanların birbaşa balaca tamaşaçılarıla tez-tez ünsiyyət qurmasında idi.
Qeyd edək ki, özü yaradıcı adam olan şəhid atası Miryunis Seyidzadə uzun müddət yerli televiziyalarda çalışıb və görünür, səhnə-uşaqlar qarşılığı bağlılığı da məhz onun mülahizəsinin məhsuludur.
Beləliklə, Kukla Teatrının aktyorları balaca tamaşaçılara unudulmaz, sevincli, maraqlı və həyəcan dolu anlar yaşadıblar. Uşaqlar nağıl dünyasının sehrinə qərq olaraq, bayram ovqatını doyunca hiss ediblər.
Tədbirin sonunda Şaxta Baba, Qar qız və digər nağıl qəhrəmanları balacalara Yeni İl hədiyyələri təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər.
Gəncədə balaca tamaşaçılar üçün bu qəbildən olan Yeni il şənlikləri davam etdirilir.

Zakir Muradov,
Gəncə
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.