AZ

İtkin düşdüyü deyilən bloggerin məzarı tapıldı



Azad Avropa/Azadlıq Radiosunun Türkmən xidmətinin jurnalistləri itkin düşmüş blogger Didor Amonsaxatovun dəfn yerini taparaq onun ölümünü təsdiqləyiblər.

Bildirilir ki, 34 yaşlı Didor Amonsaxatov sosial mediada Xitrovski təxəllüsü ilə materiallar dərc edirdi. Türkmənistan hökumətini, ölkənin iqtisadi vəziyyətini və TikTok-da yüksək ərzaq qiymətlərini tənqid edən Amonsaxatov 2025-ci ilin noyabr ayının sonlarında qəfildən yoxa çıxıb. 18 dekabrda Azad Avropa/Azadlıq Radiosunun Türkmən xidmətinin jurnalistləri öz mənbələrindən Amonsaxatovun Türkmənistan təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığını və çox güman ki, işgəncə nəticəsində öldüyünü öyrəniblər. Lakin hakimiyyət orqanları bloggerin harada olduğu və ya saxlanılmasının səbəbləri barədə heç bir şərh verməyib. Adının çəkilməsini istəməyən Türkmənistan sakini Azadlıq Radiosuna bildirib ki, Xitrovskinin səhifəsində başsağlığı yazdıqdan sonra dindirilməyə aparılıb. Türkmənistan Təhlükəsizlik Xidmətinin zabiti dindirmə zamanı şəxsi hədələyərək bildirib ki, bloggerin taleyi Türkmənistan hökumətini tənqid edən hər kəs üçün dərs olmalıdır.

Xəbərə görə, Xitrovski son videolarından birində ətin qiymətinin kəskin şəkildə artmasına tənqid edərək yazıb ki, bu məhsul Türkmənistan sakinləri üçün əlçatmazdır. Azadlıq Radiosu və digər müstəqil media orqanları əvvəllər ölkənin ərzaq böhranı barədə məlumat veriblər. Lakin Türkmənistan hökuməti ölkədə ərzaq qiymətləri, işsizlik və ya aşağı həyat səviyyəsi məsələləri ilə bağlı şərh vermir.

Xəbərdə o da bildirilir ki, Türkmənistanda ərzaq qiymətlərinin artması səbəbindən toplaşanları Təhlükəsizlik qüvvələri "hamını güllələməklə" hədələyib. Həmçinin deyilir ki, Türkmənistanda müəyyən edilmiş kvotadan artıq çörək almaq 15 günlük həbslə nəticələnə bilər.

İnsan haqları təşkilatları Türkmənistanı dünyanın ən qapalı və repressiv ölkələrindən biri adlandırır, onların siyasi və ya şəxsi azadlıqları, mətbuat azadlığı yoxdur.

SAMİRƏ

Seçilən
16
baki-xeber.com

1Mənbələr