
Yaponiyada mərkəzi Shimane prefekturasında yerləşən 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində sunami təhlükəsinin olmadığı açıqlanıb.
Yaponiyanın Meteorologiya Agentliyindən (JMA) əldə olunan məlumatlara görə, zəlzələnin episentri Shimane prefekturasının şərqi olub və yerli vaxtla saat 10:18-də 10 kilometr dərinlikdə qeydə alınıb.
Shimane ilə yanaşı, Tottori, Okayama və Hiroshima prefekturalarında da güclü şəkildə hiss edilən zəlzələdən sonra sunami riski yaranmadığı bildirilib.
Zəlzələdən sonra 3,2 ilə 5,4 bal arasında dəyişən çox sayda afterşoklar baş verib.
İlkin məlumatlara görə, insan itkisi qeydə alınmayıb və zəlzələdən təsirlənmiş bölgələrdəki nüvə stansiyalarında hər hansı nasazlıq aşkar edilməyib.