Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi yürüş İrəvanda başlayıb.
Publika.az xəbər verir ki, hökumət başçısının özünün "dini yürüş" adlandırdığı tədbir, Ermənistan rəhbərliyinin qatıldığı Surb Qriqor Lusavoriç (Müqəddəs Maarifçi Qriqori) Katedralında Milad ayinindən sonra başlayıb. Paşinyanı həyat yoldaşı Anna Akopyan da müşayiət edir.
Yürüşdə baş nazirlə yanaşı, Milad ayinində iştirak edən rəsmilər də iştirak edir. Onlara hakim “Mülki Müqavilə” Partiyasının digər üzvləri də qoşulub. Yürüş iştirakçıları “Surb Anna” (Müqəddəs Anna) kilsəsinə gedir.
Yanvarın 4-də Ermənistanın Baş naziri Nikol Paşinyan 10 üsyankar yepiskopla Erməni Apostol Kilsəsinin "təkmilləşdirilməsi üçün yol xəritəsi"ni imzalayıb.