AZ

Bakıda keçirilmiş Sovet-ABŞ politoloqlarının ilk görüşü –1987-ci ildə Eldar Namazov nə təklif edib? /VİDEO

 SSRİ-də 1980-ci illərdə başlanan Yenidənqurma prosesi yeni sovet siyasətini meydana çıxardı.

Mixail Qorbaçovun müəyyənləşdirdiyi bu siyasət sovet sistemində islahatlar aparılmasını nəzərdə tuturdu.

Bu çərçivədə ABŞ-la yenilənən tərədaşlıq da diqqət çəkirdi. “Soyuq müharibə” prioritetlərini dağıdan ABŞ-SSRİ dialoqu iki ölkə arasında cəmiyyətin müxtəlif strukturları ilə əməkdaşlığı formalaşdırırdı.

Həmin əməkdaşlığın bir nümunəsi iki ölkənin elmi dairələrinin görüşləri idi.

AzPost bildirir ki, bu baxımdan 1987-ci ildə Bakıda SSRİ və ABŞ-ın gənc politoloqlarının ilk konfransı keçirilib. Bununla bağlı kadrlarda maraqlı görüntülər var.

ABŞ-dan gələn qrupa Virciniya Universitetinin professoru Nil Makfarlen rəhbərlik edib.

Həmin görüşdə o zaman Azərbaycan SSR Elmlər Akademiyasında işləyən Eldar Namazov da iştirak edib.

Gənc əməkdaşlar arasında Ceyhun Mollazadə də görünür.

Sovet televizizyası üçün hazırlanmış süjetdə Bakıda keçirilmiş konfransın nəticələri təhlil olunur. Qeyd edilir ki, belə təmaslar iki ölkənin gənc politoloqlarının bir-birini tanıması üçün imkan yaradır.

Həmin görüntüləri təqim edirik:

Seçilən
41
1
azpost.info

2Mənbələr