AZ

"Bavariya"nın futbolçusu təhqirlərə məruz qalıb

Almaniyanın "Bavariya" klubunun futbolçusu Lennart Karl təhqirlərə məruz qalıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu, 17 yaşlı yarımmüdafiəçinin açıqlamasından sonra baş verib.

Almaniyalı oyunçu sosial şəbəkədəki hesablarında şərhləri bağlayıb.

Lennart Karl Münhen təmsilçisində çıxış etməyin xüsusi imkan olduğunu söyləyib, daha sonra arzusunun İspaniyanın "Real" klubunda oynamaq olduğunu deyib. O, hətta "Kral klubu"nu xəyalındakı komanda adlandırıb.

Fanatlar isə onun bu sözlərini bəyənməyiblər, gənc oyunçunu tənqid və təhqir etməyə başlayıblar. Tərəfdarlar Münhen təmsilçisindən onun mövsümün sonunadək ehtiyatda qalmasını da tələb ediblər.

Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Lennart Karl ötən ildən əsas komandada çıxış edir.

"Cebheinfo.az"

Seçilən
88
2
cebheinfo.az

3Mənbələr