AZ

Çin Yaponiyaya ikili təyinatlı malların ixracına embarqo qoydu

Çin Yaponiyanın bu məhsulları hərbi məqsədlər üçün istifadə edə biləcəyi ehtimalını əsas gətirərək ikili təyinatlı malların ixracını qadağan edib.

Doğru.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilib ki, Yaponiyanın hərbi istifadəçilərinə, hərbi məqsədlər üçün nəzərdə tutulan və ölkənin hərbi potensialının gücləndirilməsinə töhfə verə biləcək bütün ikili təyinatlı əşyaların ixracı qadağandır.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Çindəki səfiri İqor Morqulov iki ölkə arasında ticarət dövriyyəsinin 2025-ci ilin sonuna qədər 220 milyard dolları keçəcəyini açıqlamışdı. Hazırda bazarda korreksiya aparılsa da, ticarət dövriyyəsinin 200 milyard dollarlıq həddi aşacağı gözlənilir.

DOĞRU.AZ

Seçilən
33
dogru.az

1Mənbələr