AZ

"Liverpul" - "Qarabağ" oyunu üçün biletlərin QİYMƏTLƏRİ

UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda "Liverpul" və "Qarabağ" komandaları arasında baş tutacaq oyunun biletlərinin qiymətləri açıqlanıb.

BAKU.WS İngiltərə klubunun rəsmi saytında paylaşılan məlumata istinadən xəbər verir ki, biletlərin qiymətləri 9-dan 61 funt sterlinqə qədər dəyişəcək ki, bu da təxminən 20-140 manat aralığına uyğundur. Biletlərin alınması üçün son tarix isə 7 yanvardır.

Qeyd edək ki, qarşılaşma "Enfield" stadionunda keçiriləcək və Bakı vaxtı ilə yanvarın 28-i saat 00:00-da start götürəcək.

Seçilən
90
far.az

1Mənbələr