AZ

Mingəçevirdə müayinəyə gələn şəxs xəstəxana dəhlizində həyatını itirdi

MİNGƏÇEVİR, 6 yanvar. TELEQRAF

Mingəçevirdə xəstəxanaya müayinəyə gələn Ağdaş sakini qəfildən ölüb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb.

1978-ci il təvəllüdlü Ağdaş rayon sakini Fizuli İbadovun müayinə üçün gəldiyi xəstəxananın dəhlizində qəfildən halı pisləşib və huşunu itirib.

Həkimlərin cəhdlərinə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
90
6
teleqraf.com

10Mənbələr