AZ

Xaçmazda qəza: yaralananlar var - FOTO

Xaçmazda minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı "Mercedes" və KİA markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində KİA-nın sürücüsü və maşında olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
 

Seçilən
27
6
bakivaxti.az

10Mənbələr