Ajans.az xəbər verir ki, hadisə şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb. 1978-ci il təvəllüdlü Ağdaş rayon sakini Fizuli İbadovun müayinə üçün gəldiyi xəstəxananın dəhlizində qəfildən halı pisləşib və huşunu itirib. Həkimlərin cəhdinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.