AZ

​Türkiyədə oğlanlar bu səbəbdən evlənmir

Türkiyədə nikaha girən cütlüklərin sayı sürətlə azalır. Gənclərin ailə həyatı qurmağa həvəs göstərməməsi müxtəlif səbəblərlə əlaqələndirilir.
Metbuat.az xəbər verir ki, bu səbəblərin başında toy günü gəlinə qızıl bagışlanmasi adəti dayanır. Belə ki, nikah mərasimində bəy və qonaqlar gəlinə bilərzik bağışlamalıdır. Türkiyədə qızıl baha olduğu üçün subay oğlanlar nikaha girməyə bir o qədər də həvəs göstərmirlər. Bəzi hallarda isə onlar vətəndaş nikahında yaşamağa üstünlük verirlər. "Sözcü" qəzetinin yazdığına görə, mərasimə təşrif buyuran qonaqlar vəziyyətdən çıxış yolu tapıblar. Onlar gəlinə türk lirəsi və dollar bağışlamaqla canlarını qurtara bilirlər. Amma bəylərin belə bir şansı yoxdur. Türk adət-ənənəsinə görə, bəy toy günü gələcək həyat yoldaşına ən azı 5-10 qızıl bilərzik bağışlamalıdır. Qəzet ən kasıb ailənin belə almaq məcburiyyətində olduğu qızıl bilərziklərin qiymətini açıqlayıb: 500 min lirə! Bu vəsaiti Azərbaycanın milli valyutasına çevirəndə 20 min manatdan çox edir. Mövcud adətlərə görə, ortabab ailələr isə qızıl bilərziklər üçün 1 - 1,2 milyon türk lirəsi (40-48 min AZN) xərcləməlidirlər. Bu səbəbdən qardaş ölkədə subay oğlanların çoxu ailə qurmaq istəmir.

"Sözcü" qəzeti yazıb ki, qızıl bilərzik üzündən başqa xalqların nümayəndələri türk qızları ilə nikaha girməkdən imtina edirlər.

Seçilən
14
metbuat.az

1Mənbələr