ABŞ-ın Qrenlandiyaya iddiaları NATO-nun dağılmasına səbəb ola bilər.
"Yeni Sabah" Associated Press-ə istinadla xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen bildirib.
Qrenlandiyanın baş naziri Jens Frederik Nielsen də ABŞ-ın Qrenlandiyaya qarşı hər hansı hərbi əməliyyat görəcəyi təqdirdə fəlakətli nəticələrlə bağlı xəbərdarlıq edib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Danimarkanın muxtar ərazisi olan Qrenlandiya adası ABŞ-yə müdafiə məqsədləri üçün lazımdır.
Telegram kanalımız